Bank of Baku verdiyi 72 milyon manat krediti vaxtında ala bilmir

Bank of Bakunun müştərilərə verdiyi kreditlərin 71 milyon 659 min 320 manatı gecikmədədir.
Bankın 2025-ci ilin ikinci rübü üzrə maliyyə hesabatından aydın olur ki, 817 milyon 19 min manat ümumi kredit portfeli var. Bunu 745 milyon 359 min manatı cari borclardır.
Bankın biznes subyektlərinə verdiyi 139 milyon 737 min manat kreditin 16 milyon 874 min manatı vaxtında qaytarılmır.
Eyni zamanda vətəndaşlar bankdan götürdükləri 623 milyon 910 min manat kreditin 54 milyon 631 min manatını gecikdirir.
Ümumi kreditlərin 9 milyon 832 min manatı 1 il və daha çox müddətə gecikmədədir. Sahibkarlar bankdan götürdükləri 4 milyon 213 min manatı 1 ildən çoxdur ki ödəmir.
Əhali isə 1 ildən çoxdur banka ödəməli olduğu 5 milyon 548 min manat krediti vaxtında qaytara bilmir.
MONETAR.AZ