Brand Financın 2026-cı il hesabatına əsasən, dünyanın ən güclü xəstəxana brendləri müəyyən olunub. Reytinq xəstəxanaların markalarının gücü, xidmət keyfiyyəti və tədqiqat fəaliyyətinə görə qiymətləndirilib.
Siyahıda birinci yeri ABŞ-ın Johns Hopkins Medicine xəstəxanası tutub. İkinci yerdə Böyük Britaniyanın Oxford University Hospitals NHS Foundation Trust, üçüncü yerdə isə ABŞ-ın Stanford University Medical Center qərarlaşıb.
Top 25 xəstəxananın 12-si Şimali Amerikadan, iki xəstəxana Böyük Britaniyadan, bir xəstəxana isə Asiyadan (Sinqapur) siyahıya daxil olub. Reytinqdə həmçinin University of Tokyo Hospital, Cambridge University Hospitals, King Faisal Specialist Hospital və Cleveland Clinic Abu Dhabi kimi nüfuzlu tibb müəssisələri yer alıb.
Ekspertlər bildirir ki, xəstəxanaların brend gücü etimadı artırır, istedadlı kadrlara cəlbedicilik yaradır və qlobal görünürlüyü gücləndirir.
Top 10 xəstəxana
-
Johns Hopkins Medicine — ABŞ
-
Oxford University Hospitals — Böyük Britaniya
-
Stanford University Medical Center — ABŞ
-
Mass General Brigham — ABŞ
-
Mayo Clinic Health System — ABŞ
-
AIIMS Delhi — Hindistan
-
University Health Network — Kanada
-
Cleveland Clinic — ABŞ
-
Cambridge University Hospitals — Böyük Britaniya
-
Singapore General Hospital — Sinqapur
MONETAR.AZ