Rusiya və Azərbaycan qarşılıqlı turist axınının daha da artırılmasında maraqlıdır. 2025-ci ildə bu göstərici 700 min nəfəri ötüb. Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Rusiyada çoxları Azərbaycanı ziyarət etmək istəyir və bu ölkənin səyahət üçün nə qədər maraqlı olduğunu, turistlər üçün burada hansı cəlbedici şəraitin yaradıldığını anlayır”, deyə o qeyd edib.
Onun sözlərinə görə, 2025-ci ildə qarşılıqlı turist axını 701 min nəfər təşkil edib: “Azərbaycanlı turistlər Rusiyaya təxminən 200 min səfər edib, rusiyalı turistlər isə Azərbaycana 500 mindən çox səfər həyata keçirib”.