Rusiyada 2026-cı ilin əvvəlində qaynaqçı (svarşik) peşəsinə tələbatın əhəmiyyətli dərəcədə artdığı qeyd olunub.
Ölkədə sənaye və tikinti sektorlarında ixtisaslı fəhlələrə ehtiyac güclənib. Araşdırmalara əsasən, işəgötürənlərin təxminən 65 faizi qaynaqçı və elektrik kimi peşələr üzrə kadr çatışmazlığını əsas problem kimi göstərib.
Məlumatlarda bildirilir ki, qaynaqçılar hazırda Rusiyada ən çox tələb olunan işçi ixtisasları sırasında yer alır. Bu peşə üzrə vakansiyaların artması, həmçinin sənaye layihələrinin genişlənməsi və infrastruktur işlərinin çoxalması ilə izah olunur.
Bundan əvvəl yayılan statistik göstəricilərə görə, qaynaqçıların maaş təklifləri də əhəmiyyətli artım nümayiş etdirib və bəzi regionlarda orta gəlir 180 min rublu ötüb.
MONETAR.AZ