Xankəndidə İƏT-in Zirvə görüşü keçirilir - CANLI Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlıDövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi təsdiqləndi İnəyin başına iş gəlsə, dövlət pulunu verəcək Türkiyədə tekstil böhranı: Firmalar bağlanır, istehsalçılar ölkəni tərk edir Xankəndi sammiti - Dünyaya verilən siyasi, iqtisadi, diplomatik MESAJLAR Azərbaycanda becərilən mavigilə MDB və Körfəz ölkələrinə ixrac olunur İnternet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur. Qızıl 20 ildə 7 dəfə bahalaşıb Dünyada gender bərabərliyi üçün 123 il vaxt lazımdır Xankəndidə İƏT-in Zirvə görüşü keçirilir - CANLI Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlıDövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi təsdiqləndi İnəyin başına iş gəlsə, dövlət pulunu verəcək Türkiyədə tekstil böhranı: Firmalar bağlanır, istehsalçılar ölkəni tərk edir Xankəndi sammiti - Dünyaya verilən siyasi, iqtisadi, diplomatik MESAJLAR Azərbaycanda becərilən mavigilə MDB və Körfəz ölkələrinə ixrac olunur İnternet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur. Qızıl 20 ildə 7 dəfə bahalaşıb Dünyada gender bərabərliyi üçün 123 il vaxt lazımdır

Studiya mənzil, yoxsa otaq illüziyası?

Studiya mənzil,
25 İyun 2025 16:02

Bakının yeni tikili bazarında son illər geniş yayılan satış üsullarından biri də “2 otaq studiya” adlandırılan mənzillərin satışıdır. İfadə alıcıda 2 ayrı otaqlı, rahat və ailə üçün uyğun planlaşdırılmış mənzil təsəvvürü yaradır. Reallıqda isə bu tip mənzillər əksər hallarda yalnız bir əsas otaq və ona birləşdirilmiş açıq mətbəxdən ibarət studiya tipli sahələrdir. “2 otaq” anlayışı burada faktik funksional bölgünü deyil, sadəcə satış məqsədilə seçilmiş kommersiya adlandırmasını ifadə edir.

Məsələn, “Biləcəri yaşayış kompleksində satışa çıxarılan 48  kvadratmetrlik “2 otaq studiya” mənzil 110 min manata təklif olunur. Bu isə 1 kvadratmetrin təxminən 2300 manata başa gəldiyini göstərir. Amma bu qiymətə təklif olunan planlama real 2 otaqlı mənzil standartlarına uyğun gəlmir.

Azərbaycan Respublikasının mövcud tikinti norma və qaydalarına (SNİP-lərə) əsasən, 2 otaqlı mənzilin minimum sahəsi 60–65 kvadratmetr olmalıdır. Bu normativlərə görə belə mənzildə:

  • Ayrı qonaq otağı (ən azı 16–18 m²),

  • Ayrı yataq otağı (12–14 m²),

  • Mətbəx (8–10 m²),

  • Sanitar qovşaq və giriş zalı,

  • Bəzən də eyvan nəzərdə tutulmalıdır.

Halbuki “2 otaq studiya” adı ilə satılan 48 m² sahəli mənzildə bu funksionallıqların heç biri tam təmin olunmur. Mətbəx və qonaq otağı bir məkandadır, yataq sahəsi isə ya bölünməyib, ya da sadəcə  ayrılıb. Belə planlamada şəxsi məkan, səs izolyasiyası, məişət rahatlığı ciddi şəkildə məhdudlaşır.

Daha ciddi məsələ isə bu mənzillərin satışında “tam təmirli”, “Avropa brendi”, “çıxarışlı” kimi reklam sözlərinin arxasında hüquqi və funksional qeyri-müəyyənliyin gizlədilməsidir. Belə ki, satış elanında “2 otaq” yazılsa da, texniki pasportda və ya gələcək çıxarışda bu otaq sayı təsdiq olunmur. Bu da alıcı üçün həm hüquqi, həm də psixoloji baxımdan aldatma effekti yaradır.

Satışda yüksək təzyiq effekti yaratmaq üçün tez-tez “məhdud sayda mənzil”, “son fürsət”, “daxili faizsiz kredit” kimi ifadələrə yer verilir. Ancaq real olaraq qiymətin 40%-dən çox ilkin ödənişlə verilməsi və qalan hissənin 10 il müddətinə yüksək aylıq ödənişlə bağlanması, bu mənzilləri orta gəlirli ailələr üçün əlçatan deyil, əksinə, uzunmüddətli borc yükü halına gətirir.

Əgər “2 otaq studiya” ifadəsi yalnız reklam dili olaraq qalırsa və real planlamada, texniki sənədlərdə bu uyğunluq yoxdursa, bu artıq istehlakçı hüquqlarının pozulması və şəffaf olmayan satış davranışı deməkdir. Mənzil alışı sadəcə qiymət və təmirə görə deyil, funksional bölgü, hüquqi status və yaşayış keyfiyyəti əsasında qiymətləndirilməlidir.

Unutmayaq: mənzilin dəyəri yalnız kvadratmetr sayı ilə ölçülmür – orada neçə nəfərin rahat yaşaya biləcəyi, şəxsi məkanın necə bölündüyü və otaqların real olub-olmaması əsas göstəricidir. “2 otaq” yazılan yerdə divar yoxdursa, bu artıq otaq deyil, sadəcə satış hiyləsidir.

MONETAR.AZ


Oxşar xəbərlər