Qızıl 20 ildə 7 dəfə bahalaşıb

Qızıl 20 ildə
4 İyul 2025 10:07

2025-ci il iyulun 4-nə olan məlumata əsasən qızılın 1 unsiya üzrə qiyməti 3341,28 ABŞ dolları təşkil edir. Bu gün ərzində 7,81 dollar və ya 0,23 % artım deməkdir.

Son 30 gündə qızılın qiyməti 20,55 dollar (0,61%) azalsa da, uzunmüddətli dövrlərdə artım trendi davam edir:

  • Son 6 ayda artım: 665.22 dollar (26 %)

  • Son 1 ildə: 942,18 dollar (39 %)

  • Son 5 ildə: 1,547 dollar (87 %)

  • Son 20 ildə: 2909 dollar (təxminən 685 %)

Bu rəqəmlər qızılın uzunmüddətli investisiya üçün etibarlı aktiv olduğunu göstərir. Qısa müddətli dalğalanmalara baxmayaraq, qızıl qiymətində müşahidə olunan sabit artım onu iqtisadi qeyri-sabitlik dövrlərində belə təhlükəsiz maliyyə aləti kimi önə çıxarır.


Oxşar xəbərlər