Qızıl bazarı gözləmə mövqeyində

Qızıl bazarı
3 İyul 2025 09:16

Qızılın qiyməti ABŞ-da bu gün açıqlanacaq mühüm məşğulluq məlumatları öncəsində cüzi şəkildə ucuzlaşıb. Bu eniş qızılın ardıcıl 3 gün ərzində qiymət artımından sonra baş verir.

Hazırda külçə qızılın qiyməti bir unsiya üçün 3345,86 dollar səviyyəsindədir. Həftənin əvvəlində isə qiymət 2 faizdən çox artmışdı. İndi bazarların diqqəti iyun ayı üzrə kənd təsərrüfatı xarici məşğulluq (NFP) hesabatına yönəlib. Gözləntilərə görə, ABŞ iqtisadiyyatına bu dövrdə 106 min yeni iş əlavə olunub. Bu, son 4 ayın ən zəif göstəricisi ola bilər.

Çərşənbə günü açıqlanan ADP özəl sektor məşğulluq məlumatı isə ABŞ şirkətlərində işçi sayının son 2 ildən çox müddət ərzində 2 dəfə azaldığını göstərib. Bu investorlar arasında FED-in 2026-cı ilə qədər ən azı iki dəfə faiz endirəcəyi ehtimalını gücləndirib.

Əgər məşğulluqda zəifləmə davam edərsə ABŞ Mərkəzi Bankı bu ay faiz endiriminə başlaya bilər. Bununla belə, FED sədri Jerom Pauell son açıqlamasında əmək bazarının hələ də güclü olduğunu vurğulayıb və "gözləyək, görək" yanaşmasını davam etdirdiklərini bildirib.

Faizlərin azaldılması qızıl üçün müsbət sayılır. Çünki qızıl faiz gəliri gətirmədiyi üçün aşağı faiz mühitində daha cazibədar investisiya alətinə çevrilir.

Digər tərəfdən, investorlar keçmiş ABŞ prezidenti Donald Trampın Vyetnamla imzaladığı yeni ticarət razılaşmasının iqtisadi təsirlərini də izləyirlər.

Qeyd edək ki, Bloomberg Dollar İndeksi bu həftə 0,6 faiz azalıb. Qızılın ardınca gümüş, platin və palladium qiymətləri də enib.

MONETAR.AZ


Oxşar xəbərlər