Neft bazarları OPEC+ toplantısını gözləyir

Neft bazarları
2 İyul 2025 09:18

Qlobal neft qiymətləri bu həftə keçiriləcək OPEC+ iclası ərəfəsində investorların ehtiyatlı mövqeyi fonunda  sabit qaldı. Brent markalı neftin qiyməti bir barel üçün 67,12 dollar səviyyəsində cüzi artım (1 sent) göstərdi, ABŞ xam nefti (WTI) isə 5 sent ucuzlaşaraq 65,40 dollar səviyyəsinə düşdü.

İnvestorlar diqqətini bu həftə baş tutacaq OPEC və Rusiya da daxil olmaqla müttəfiq ölkələrin təşkil etdiyi OPEC+ toplantısına yönəldib. İclasda avqust ayı üzrə hasilat səviyyəsinin müəyyənləşdirilməsi gözlənilir. Analitiklərə görə qrup may, iyun və iyul aylarında olduğu kimi, bu dəfə də hasilatın artırılması barədə qərar verə bilər. Lakin bu ehtimalla bağlı qeyri-müəyyənlik qiymətlərin dar diapazonda dəyişməsinə səbəb olub.

Price Futures Group şirkətinin baş analitiki Fil Flinn bildirib ki, geosiyasi risklərin azalması və OPEC-in hasilat qərarına dair qeyri-müəyyənlik neft qiymətlərinin məhdud diapazonda hərəkət etməsinə səbəb olur.  Hazırda bazar iştirakçıları üçün əsas istiqamətverici faktor OPEC+ iclasından çıxacaq qərarın hasilat balansına necə təsir edəcəyi və Çindən gələcək real tələbat siqnalları olacaq.

MONETAR.AZ


Oxşar xəbərlər