Bitcoin 110 min dolları aşarsa

3 İyul 2025
09:37
Bitcoin qiyməti son günlərdə davamlı olaraq artmaqdadır. Hazırda BTC-nin qiyməti 109 138 dollar təşkil edir. Son 24 saatda 2,63 %, son bir saatda isə 0,3 % artım qeydə alınıb. Həftəlik artım isə 1,21%-dir.
Bitcoinin bazar kapitallaşması 217 milyard dollar civarındadır, bu da onun bazardakı dominant mövqeyini qoruduğunu göstərir. Ümumilikdə, bazarda 54.77 milyard dollar dəyərində əməliyyat aparılıb.
Dövriyyədə olan Bitcoin miqdarı 19,88 milyon BTC-dir və bu, maksimum təklif olan 21 milyon BTC-yə yaxınlaşır. Bu yaxınlaşma qiymət artımını dəstəkləyən əsas amillərdən biridir.
BTC-nin yaxın müqavimət səviyyəsi 110 000 dollar civarındadır. Bu səviyyənin aşılması yeni qiymət hədəflərinin əldə olunmasına işarə edə bilər.
MONETAR.AZ