Neft yenidən bahalaşır – Amma itkilər hələ də silinməyib

3 İyul 2025
09:03
Dünya enerji bazarlarında qiymətlər artmaqda davam edir.
Son məlumatlara görə Brent markalı neftin qiyməti bir barel üçün 1,48 dollar artaraq 68,65 dollar təşkil edib.
WTI markalı neft isə 1,52 dollar bahalaşaraq 67,00 dollar/barel səviyyəsinə yüksəlib.
Buna baxmayaraq, hər iki növ neft ilin əvvəlindən bu yana qiymət itkisi ilə üzləşib.
Belə ki, Brent nefti 5,99 dollar, WTI isə 4,72 dollar dəyər itirib.
Analitiklərin fikrincə, qiymətlərdəki son artım ABŞ-ın strateji ehtiyatları ilə bağlı açıqlamalar və OPEC+ ölkələrinin istehsal siyasəti fonunda baş verir.
MONETAR.AZ