Dünyada gender bərabərliyi üçün 123 il vaxt lazımdır

Dünya İqtisadi Forumunun (WEF) 2025-ci il üzrə Gender Bərabərliyi Hesabatına əsasən, dünyada tam gender bərabərliyinə nail olmaq üçün hələ azı 123 il vaxt tələb olunur. Hesabatda qeyd olunur ki, son illərdə bəzi sahələrdə irəliləyiş olsa da, prosesin tempi zəifdir və ən böyük maneələrdən biri qadınların siyasi gücdə təmsilçiliyinin aşağı olmasıdır.
WEF bu hesabatı 2006-cı ildən etibarən hər il dərc edir və bu müddətdə 100-dən çox ölkənin göstəricilərini ardıcıl izləyir. 2025-ci il üçün hesabatda 148 ölkə üzrə məlumatlar təhlil olunub.
Son statistikaya görə:
-
Dünya üzrə gender bərabərliyi səviyyəsi 68,8% təşkil edir, bu da ötən illə müqayisədə cəmi 0,3 faiz bəndi artım deməkdir.
-
Təhsil sahəsində gender bərabərliyi ən sürətli şəkildə inkişaf edir – bu templə davam etsə, 17 ilə bərabərlik tam təmin oluna bilər.
-
Siyasi iştirakda isə vəziyyət acınacaqlıdır – bu sahədə gender bərabərliyi üçün 162 il tələb oluna bilər.
-
İqtisadi iştirak üzrə boşluğun aradan qaldırılması isə 135 il vaxt aparacaq.
Ən zəif və ən güclü ölkələr
İqtisadi iştirak göstəricisinə görə ən aşağı nəticə göstərən ölkələr:
-
Sudan – 31.3%
-
Pakistan – 34.7%
-
İran – 34.9%
-
Misir – 40.6%
-
Hindistan – 40.7%
Ən yüksək nəticə göstərən ölkələr:
-
Botsvana – 87.3%
-
Liberiya – 86.5%
-
Esvatini – 85.6%
-
Moldova – 85.3%
-
Barbados – 84.8%
Siyasi güc göstəricisi üzrə fərq daha da kəskindir:
-
Vanuatu — cəmi 0.6% ilə sonuncu,
-
İslandiya — 95.4% ilə birinci yerdədir.
Ümumilikdə hesabatda yer alan 148 ölkədən yalnız 9 ölkə bu sahədə gender bərabərliyinin 50 faizdən çoxunu təmin edə bilib. Bunlar:
-
İslandiya
-
Finlandiya
-
Banqladeş
-
Norveç
-
Birləşmiş Krallıq
-
Nikaraqua
-
Yeni Zelandiya
-
Almaniya
MONETAR.AZ