Qlobal tütün epidemiyası: Hər il 7 milyondan çox insan dünyasını dəyişir

Qlobal tütün epidemiyası:
2 İyul 2025 10:37

Dünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına əsasən, hər il 7 milyondan çox insan tütün istifadəsi ilə bağlı səbəblərdən həyatını itirir. Onlardan təxminən 1,6 milyonu tütündən birbaşa istifadə etməyən, lakin passiv şəkildə tütün tüstüsünə məruz qalan şəxslərdir.

Bununla belə, qlobal səviyyədə tütünlə mübarizə istiqamətində müəyyən irəliləyişlər əldə olunub. ÜST-nin 2025-ci il üzrə "Qlobal Tütün Epidemiyası" adlı hesabatında bildirilir ki, hazırda 6,1 milyard insan, yəni dünya əhalisinin 75 faizindən çoxu təşkilatın tövsiyə etdiyi MPOWER adlı altı əsas nəzarət tədbirindən azı birinin tətbiq olunduğu ölkələrdə yaşayır.

Məlumata görə, 110 ölkə siqaret qutularında qrafik xəbərdarlıq şəkillərinin istifadəsini qanunvericiliklə təsdiqləyib. Eyni zamanda, 25 ölkə siqaretlərin cəlbediciliyini azaltmaq məqsədilə sadə (neytral) qablaşdırma siyasəti tətbiq edib.

Bununla yanaşı, tütündən çəkindirmə üzrə kütləvi maarifləndirmə kampaniyalarının həyata keçirilməsində durğunluq müşahidə olunur. Hesabata əsasən 40 ölkə hələ də MPOWER tədbirlərinin heç birini ən yüksək səviyyədə tətbiq etməyib.

Rəqəmlər göstərir ki, qlobal miqyasda tütünlə mübarizə istiqamətində ciddi addımlar atılsa da davamlı səylərə və daha genişmiqyaslı tədbirlərə ehtiyac qalmaqdadır.

MONETAR.AZ


Oxşar xəbərlər