Dünyanın ən yaxşı ölkələri açıqlandı: İsveçrə birinci yerdə

U.S. News & World Report nəşrinin Varton Biznes Məktəbi və WPP ilə birgə hazırladığı “Dünyanın Ən Yaxşı Ölkələri 2024” reytinqinə əsasən İsveçrə bu il birinci yerə yüksəlib. Reytinq ictimai rəyə əsaslanır və dünyanın müxtəlif ölkələrindən olan 17 min iştirakçının cavabları ilə formalaşdırılıb.
Siyahıda yer almaq üçün ölkələrin ÜDM, turizm potensialı və birbaşa xarici investisiya (FDI) sahələrində müəyyən göstəriciləri qarşılaması tələb olunub. Ümumilikdə 87 ölkə, 73 atribut və 10 əsas tematik kateqoriya üzrə qiymətləndirilib. Bu kateqoriyalar arasında həyat keyfiyyəti, biznes mühiti, sosial məqsədlər, mədəni təsir, innovasiya, siyasi sabitlik və digər sahələr yer alır.
İlk 10 ölkə belə sıralanır:
-
İsveçrə
-
Yaponiya
-
ABŞ
-
Kanada
-
Avstraliya
-
İsveç
-
Almaniya
-
Birləşmiş Krallıq
-
Yeni Zelandiya
-
Danimarka
İsveçrə biznes şəraiti üzrə 2-ci, həyat keyfiyyəti üzrə 3-cü, sosial məqsədlər üzrə 7-ci, mədəni təsir üzrə isə 8-ci yerdə qərarlaşıb. Yüksək ÜDM (adambaşına 105000 dollar) və sabit maliyyə sektoru ölkənin reytinqdə lider olmasında əsas amillərdir.
Digər tərəfdən Yaponiya və ABŞ da iqtisadi gücləri və qlobal brendləri ilə üst sıralarda yer alıblar. ABŞ xüsusilə agillik, innovasiya potensialı və qlobal təsir gücü sahəsində liderliyini qoruyub.
Reytinqdə diqqətçəkən digər məqam isə Orta Şərq və Asiya ölkələrinin yüksəlişidir. BƏƏ (17-ci yer), Qətər (25) və Səudiyyə Ərəbistanı (32) kimi ölkələr turizm, yaşıl enerji və mədəniyyət sahəsinə yatırımlar sayəsində daha yüksək mövqelərə yüksəlib. Asiyada isə Sinqapur (14), Cənubi Koreya (18) və Çin (16) texnoloji inkişaf və istehsalat gücü ilə mövqelərini möhkəmləndiriblər.
MONETAR.AZ