Xəstəliklər nə qədər yoluxucudur?

Xəstəliklər nə qədər

Koronavirus və digər yoluxucu xəstəliklərin yayılma sürəti “R0” göstəricisi ilə ölçülür. Bu göstərici bir yoluxmuş şəxsin orta hesabla neçə nəfərə virus ötürdüyünü göstərir.

Məlumatlara əsasən, müxtəlif xəstəliklərin yoluxuculuq səviyyəsi fərqlidir:

Ebola

Ebola virus xəstəliyi üçün R0 göstəricisi orta hesabla 1,5–2,5 aralığındadır. Bu xəstəlik əsasən yoluxmuş şəxslərin qanı və bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır. Buna görə xəstəxana mühitində xüsusilə təhlükəlidir.

COVID-19

COVID-19-un Omikron variantı isə daha yüksək yoluxuculuğa malik olub. Bir yoluxmuş şəxs orta hesabla 8–10 nəfərə virus ötürə bilir.

Qızılca

Qızılca isə ən yoluxucu xəstəliklərdən biridir. Onun R0 göstəricisi 12–18 aralığında dəyişir. Virus hava-damcı yolu ilə yayılır və hətta havada 2 saata qədər qala bilir.

Mütəxəssislər bildirirlər ki, vaksinlər yoluxma riskini azaldır və xüsusilə ağır xəstəlik hallarının qarşısını almaqda mühüm rol oynayır. COVID-19 və qızılca əleyhinə peyvəndlər xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azaldır.

MONETAR.AZ