Samuxda yüzlərlə hektar kənd təsərrüfatı sahəsi su altında qalıb 21 Aprel 2026 08:14 A- A+ Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxması qeydə alınıb. Bildirilir ki, Qaraağaclı kəndinin Qarasakkal ərazisində təxminən 200 hektar taxıl əkini sahəsi su altında qalıb. Samux Rayon Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, eyni kənddə əlavə olaraq təxminən 100 hektar əkilməmiş torpaq sahəsi də subasmaya məruz qalıb. Paylaş