Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı il 1 aprel tarixinə ölkədə mal-qaranın sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsasən azalma nümayiş etdirib. İribuynuzlu və xırdabuynuzlu heyvanlarda geriləmə müşahidə olunsa da, donuzçuluqda artım qeydə alınıb.
Məlumata görə, iribuynuzlu mal-qaranın sayı 2 434,1 min baş təşkil edib ki, bu da ötən illə müqayisədə 22,5 min baş və ya 0,9% azalma deməkdir. Onun tərkibində inək və camışların sayı da azalaraq 1 209,9 min başa düşüb.
Qoyun və keçilərin sayı 6 880,1 min baş olub. Bu, əvvəlki illə müqayisədə 39,9 min baş və ya 0,6% azalma deməkdir.
Bunun əksinə olaraq, donuzların sayı artıb. 2026-cı ilin 1 aprel tarixinə donuzların sayı 3 544 baş təşkil edib ki, bu da 136 baş və ya 4 % artım deməkdir.
MONETAR.AZ