Londonda metroda tətil: bir neçə xətt bağlanacaq

Londonda metroda tətil: bir neçə xətt

London Metrosunda maşinistlərin tətili səbəbilə bir neçə xəttin fəaliyyəti dayandırılacaq. Tətil günorta saatlarında (yerli vaxtla) başlayır və işçilərin təxminən yarısı işə çıxmayacaq.

BBC-nin məlumatına görə, bəzi ən sıx istifadə olunan xətlər tamamilə bağlanacaq, digərləri isə məhdud rejimdə işləyəcək.

Aksiya RMT həmkarlar ittifaqı tərəfindən təşkil olunub. İttifaq Transport for London (TfL) tərəfindən maşinistlər üçün 4 günlük iş həftəsinə keçid planına qarşı çıxır. Onların fikrincə, bu dəyişiklik iş günlərini uzadaraq yorğunluğu artıracaq və bu da təhlükəsizlik riskləri yarada bilər.

Digər tərəfdən, maşinistləri təmsil edən Aslef ittifaqı şəhər hakimiyyətinin planlarını dəstəkləyir və tətilə qoşulmur. Onlar hesab edir ki, yeni iş qrafiki işçilər üçün daha faydalı olacaq və əlavə olaraq ildə 35 günədək istirahət imkanı yarada bilər.

Tətil iki mərhələdə 24 saat davam edəcək: 21 aprel günorta saatlarından və 23 aprel günorta saatlarından etibarən.

MONETAR.AZ