Azərbaycan DSA-2026 sərgisində müdafiə məhsullarını təqdim edib

Azərbaycan DSA-2026 sərgisində müdafiə məhsullarını

Aprelin 20-də Kuala-Lumpur şəhərində (Malayziya) 19-cu Asiya müdafiə xidmətləri sərgisi — DSA 2026 işə başlayıb. Tədbirdə Azərbaycanın nümayəndə heyəti Mehman Baxışovun rəhbərliyi ilə iştirak edir. Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Sərgidə Azərsilah holdinqi müdafiə təyinatlı 72 adda məhsul nümayiş etdirir. Həmçinin stenddə Azərbaycanın USH Group, Synapline, Q-STP, 6L SystemsRD Smart şirkətləri də öz məhsullarını təqdim edir.

İki ildən bir Malayziyanın müdafiə və daxili işlər nazirliklərinin təşkilatçılığı ilə keçirilən sərgidə 50 ölkədən 600-dən çox yüksək səviyyəli nümayəndə heyəti və 1400 şirkət iştirak edir.

Tədbir çərçivəsində Mehman Baxışov Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybət, Malayziya müdafiə nazirinin müavini Adli bin ZahariSinqapur Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aaron Beng ilə görüşlər keçirib.

Görüşlərdə tərəflər mövcud əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib, əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və müxtəlif platformalarda yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Bundan əlavə, müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb, bu cür dialoqların gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, sərgi aprelin 23-dək davam edəcək.