Bakı metrosuna giriş yaxın bir saat ərzində bərpa olunacaq

Bakı metrosuna giriş yaxın bir saat ərzində

"Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev–Nərimanov" mənzilində hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

"Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.