Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək

Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri

Sərnişin tələbatını təmin etmək məqsədilə 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) verdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, həmin tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil olunacaq.