Toyota şirkətinin yeni elektrik sedanı Toyota bZ7 satışa çıxarıldıqdan sonra Çin-də ilk bir saat ərzində 3 100-dən çox sifariş toplayıb. Carscoops yazır ki, modelin populyarlığı əsasən münasib qiymət və yüksək texnoloji imkanlarla bağlıdır.
Qiymət və ölçülərÇində Toyota bZ7-nin qiyməti komplektasiyadan asılı olaraq 147 800 – 199 800 yuan arasında dəyişir.
Avtomobilin ölçüləri:
- uzunluq: 5130 mm
- təkər bazası: 3020 mm
Bu göstəricilər onu Tesla Model S-dən daha iri və geniş edir. Maraqlıdır ki, qiymət baxımından isə hətta Tesla Model 3-dən də ucuzdur (Model 3 Çində 236 500 yuandan başlayır).
Texniki xüsusiyyətlərToyota bZ7 GAC Toyota birgə müəssisəsi tərəfindən hazırlanıb.
Əsas xüsusiyyətlər:
- ən güclü versiya: 281 at gücü
- batareya: 71 kWh və ya 88 kWh
- CLTC üzrə maksimal yürüş: 710 km
- 10 dəqiqəlik sürətli şarj ilə təxminən 300 km məsafə
Model zəngin avadanlıqla təchiz olunub:
- “sıfır qravitasiya” funksiyalı ön oturacaqlar (isitmə, ventilyasiya və masaj)
- 15,6 düymlük mərkəzi ekran
- proyeksiya displeyi (HUD)
- Huawei HarmonyOS əsaslı multimedia sistemi
- Xiaomi “ağıllı ev” ekosistemi ilə inteqrasiya (ev cihazlarını avtomobildən idarə etmək imkanı)
Opsional olaraq lidar, radar, kamera və sensorlarla təchiz olunmuş inkişaf etmiş sürücü yardım paketi də mövcuddur.

MONETAR.AZ