Porsche Design çamadanlar xəttini genişləndirib. Əvvəllər yalnız gümüşü rəngdə təqdim olunan Roadster Aluminum Trolley modeli indi klassik qara rəngdə də satışa çıxarılıb və müştərilər üçün fərdiləşdirmə imkanı yaradılıb.
Alıcılar Roadster Aluminum Trolley modelində dəri tutacaqların, təkərlərin və baqaj birkasının rəngini seçə bilirlər. Rəng palitrasına qara, tünd mavi, gümüşü, boz, karmin qırmızı və konyak çalarları daxildir.
Model ilk dəfə ötən il təqdim olunub. Çamadanın korpusu daşıyıcı karkasa bərkidilmiş preslənmiş alüminium panellərdən hazırlanıb. Şirkətin bildirdiyinə görə, dizayn Porsche 911 Targa modelinin alüminium təhlükəsizlik qövsündən ilhamlanıb. Quraşdırılmış kilid standart olaraq “911” kodu ilə tənzimlənib.
Çamadanın qiyməti ölçüsündən asılı olaraq 1595–1925 dollar arasında dəyişir.

MONETAR.AZ