Amazon Anthropicə 25 milyard dollara qədər investisiya edir

Amazon Anthropicə 25 milyard dollara qədər

Amazon ABŞ-da fəaliyyət göstərən süni intellekt şirkəti Anthropic-ə 25 milyard dollara qədər investisiya etməyi planlaşdırdığını açıqlayıb.

Claude çat-botunun yaradıcısı olan Anthropic növbəti 10 il ərzində Amazon Web Services (AWS) texnologiyalarına 100 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.

Açıqlamada qeyd olunur ki, hazırda Amazon yalnız 5 milyard dollar investisiya edir. Qalan 20 milyard dollar isə müəyyən kommersiya hədəflərinə nail olunmasından asılı olaraq mərhələli şəkildə ayrılacaq. Şirkət daha əvvəl də Anthropic-ə 8 milyard dollar sərmayə yatırdığını vurğulayıb.

Bu ilin fevralında Amazon həmçinin OpenAI-nin 110 milyard dollarlıq investisiya raundunda əsas investorlar arasında yer alıb və 50 milyard dollar sərmayə qoyub. Digər böyük iştirakçılar isə NvidiaSoftBank olub.

Razılaşmaya əsasən, OpenAI səkkiz il ərzində AWS xidmətlərinə 100 milyard dollar xərcləməlidir. Bu platforma istifadəçilərə hesablama gücü, məlumatların saxlanması, verilənlər bazaları və süni intellekt xidmətlərinə çıxış imkanı verir.

MONETAR.AZ