Geosiyasi gərginlik qızılı yenidən hərəkətə gətirib

Geosiyasi gərginlik qızılı yenidən

Qızılın qiyməti bazar ertəsi yüksəlib. İnvestorlar İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının gedişatını izləyir, eyni zamanda ötən həftə ABŞ Federal Ehtiyat Sisteminin (FED) verdiyi sərt siqnallardan sonra ölkənin pul-kredit siyasəti ilə bağlı perspektivləri qiymətləndirirlər.

Məlumata görə, saat 06:35-ə olan vəziyyətdə spot qızılın qiyməti 0,8 faiz artaraq bir unsiya üçün 4 194,83 dollara yüksəlib. ABŞ qızıl fyuçersləri isə 0,9 faiz bahalaşaraq 4 211,66 dollar təşkil edib.

Qeyd edək ki, qiymətli metal ötən həftə 1,4 faiz ucuzlaşmış və ardıcıl üç ticarət sessiyasını mənfi göstərici ilə başa vurmuşdu.

Analitiklərin fikrincə, qızılın bahalaşmasına geosiyasi qeyri-müəyyənliklər və investorların təhlükəsiz aktivlərə marağının artması təsir göstərir. Bununla yanaşı, bazarlar FED-in gələcək faiz siyasəti ilə bağlı yeni siqnalları diqqətlə izləməyə davam edir.

MONETAR.AZ