Avrozonanın pul-kredit siyasətinin formalaşmasında əsas söz sahiblərindən biri olan Filip Leyn, Böyük Britaniyanın Hertfordşir bölgəsində keçirilən beynəlxalq iqtisadi forumda mühüm bəyanatlarla çıxış edib. AMB-nin baş iqtisadçısı Avropa iqtisadiyyatının hazırkı qlobal təzyiqlərə uğurla adaptasiya olduğunu və ciddi dayanıqlılıq nümayiş etdirdiyini bildirib.
Onun sözlərinə görə, regionun qarşılaşdığı mövcud çətinliklər cəmi "orta səviyyəli şok" xarakteri daşıyır və qitəni sarsıdan 2022-ci ilin irimiqyaslı enerji və inflyasiya böhranı ilə müqayisə edilə bilməz.
Filip Leynin bu bəyanatları daxili bazara və investorlara verilən mühüm bir "sakitləşmə" mesajıdır. AMB rəsmisi açıq şəkildə eyham vurur ki, bank inflyasiyanı cilovlamaq üçün faizləri yüksək saxlamaqdan qorxmur, çünki real sektor bu yükü daşıya biləcək qədər güclüdür. Lakin neft ucuzlaşsa da, ərzaq qiymətlərinin hələ də yüksək qalacağı xəbərdarlığı, yaxın aylarda Avropada tam istehlak bərpasının bir qədər də gecikə biləcəyinə işarə edir.
MONETAR.AZ