Əsas kapitala investisiyalar azalır: ən böyük zərbə hansı sektorlara dəyib?

Əsas kapitala  investisiyalar azalır: ən böyük zərbə

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda iqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 6 milyard 650,1 milyon manat təşkil edib.

Məlumata görə, investisiyaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azalıb.

Hesabat dövründə ən böyük artım sənaye sektorunda qeydə alınıb. Sənayeyə yatırılan investisiyalar 15,1 faiz artaraq 3 milyard 352,8 milyon manata çatıb. Bununla yanaşı, mədənçıxarma sənayesinə investisiyalar 31,6 faiz, emal sənayesinə yönəldilən vəsaitlər isə 10,5 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə yatırımlar isə 27,8 faiz azalaraq 485,7 milyon manat olub. Su təchizatı və tullantıların idarə olunması sahəsində də investisiyalar 5,9 faiz azalıb.

Tikinti sektoruna yönəldilən investisiyalar 4 faiz azalaraq 1 milyard 450,7 milyon manat təşkil edib. Mənzil tikintisində azalma daha yüksək olub – 13,9 faiz.

Nəqliyyat və anbar təsərrüfatına yatırılan investisiyalar 27,4 faiz azalaraq 1 milyard 161,3 milyon manat olub. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində isə investisiyalar 33,2 faiz geriləyib.

Ən yüksək artım informasiya və rabitə sektorunda qeydə alınıb. Bu sahəyə investisiyalar 62,3 faiz artaraq 211,1 milyon manata çatıb. Rabitə sektorunda artım 70,4 faiz olub.

MONETAR.AZ