Samur-Abşeron sistemində su sərfölçən qurğuların quraşdırılması üzrə müqavilə bağlanıb
"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi Samur-Abşeron sistemində və Xanarx kanalında su sərfölçən qurğuların quraşdırılması ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.
Satınalmanın qalibi "TURNKEY PRO SOLUTIONS" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 1 milyon 228 min 919,45 manat təşkil edir.
Müqavilə barədə məlumat 19 iyun 2026-cı il tarixində saat 10:20-də açıqlanıb.
Qeyd edək ki, layihə Samur-Abşeron sistemində və Xanarx kanalında su sərfiyyatının daha dəqiq ölçülməsi və monitorinqinin təmin edilməsi məqsədilə su sərfölçən qurğuların quraşdırılmasını nəzərdə tutur.
MONETAR.AZ