Bitcoin 64 min dollar səviyyəsində dayanıb

Bitcoin 64 min dollar

Bitcoin bugün həftəsonu müşahidə olunan qısamüddətli yüksəlişi dayandıraraq sabitləşib. Treyderlər ABŞ və İran arasında aparılan danışıqlardan gələn ziddiyyətli siqnalları qiymətləndirirlər.

Kriptovalyuta bazarlarından kapital axınının davam etməsi də qiymətlərə təzyiq göstərib. Riskə meyilli investorların vəsaitlərini süni intellekt sektorunda fəaliyyət göstərən və sürətlə bahalaşan şirkətlərin səhmlərinə yönəltməsi kriptovalyutalara marağı azaldıb.

Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin Bakı vaxtı ilə saat 10:41-ə olan məlumata görə 0,4% ucuzlaşaraq 64 045,6 dollar səviyyəsində ticarət olunub.

Həftəsonu Bitcoin 65 min dollar həddinə yaxınlaşsa da, bazar ertəsi yüksəliş impulsu zəifləyib və qiymət artımı dayanıb. Analitiklərin fikrincə, investorlar hazırda həm geosiyasi riskləri, həm də qlobal maliyyə bazarlarındakı alternativ investisiya imkanlarını diqqətlə izləyirlər.

MONETAR.AZ