Azərbaycan xaricdən toyuq ətini 2,8 manata idxal edib

Azərbaycan xaricdən toyuq ətini

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın toyuq əti idxalı üzrə göstəricilər açıqlanıb.

Rəsmi gömrük məlumatlarına əsasən, ilin ilk dörd ayında müxtəlif növ toyuq əti məhsullarının idxal qiyməti əsasən kiloqramı üçün 2,7–2,8 manat intervalında formalaşıb.

Belə ki, dondurulmuş bütöv toyuq ətinin idxal dəyəri orta hesabla 1 kiloqram üçün 1,67 ABŞ dolları, yəni təxminən 2,84 manat təşkil edib. Bu kateqoriya üzrə 2046,11 ton məhsul idxal olunub və ümumi dəyəri 3,4 milyon ABŞ dollarına yaxın olub.

Təzə və ya soyudulmuş toyuq hissələrinin idxal qiyməti isə orta hesabla 1,63 dollar/kq və ya təxminən 2,78 manat/kq olub. Bu məhsuldan 81,85 ton ölkəyə gətirilib.

Ən böyük idxal həcmi dondurulmuş toyuq hissələrinin payına düşüb. Yanvar-aprel aylarında bu kateqoriya üzrə 6043,21 ton məhsul idxal olunub. Məhsulun orta gömrük dəyəri 1 kiloqram üçün 1,63 dollar, yaxud təxminən 2,76 manat hesablanıb.

Toyuq əti idxalında əsas tədarükçülər sırasında Ukrayna, Belarus, Rusiya, Özbəkistan, Çin və Gürcüstan yer alıb. Ən böyük həcm Ukraynanın payına düşüb.

MONETAR.AZ