2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xaricdən idxal etdiyi kərə yağlarının qiymətlərində nəzərəçarpacaq fərqlər müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalar göstərir ki, məhsulun mənşə ölkəsindən asılı olaraq idxal qiymətləri əhəmiyyətli dərəcədə dəyişib.
Rəsmi məlumatlara görə, hesabat dövründə Azərbaycan ümumilikdə 8 737,58 ton kərə yağı idxal edib. İdxalın ümumi dəyəri 55,01 milyon ABŞ dolları təşkil edib.
Hesablamalara əsasən, ölkəyə gətirilən kərə yağının orta idxal qiyməti hər kiloqram üçün təxminən 6,30 ABŞ dolları və ya 10,7 manat olub.
İlin ilk dörd ayında Azərbaycana ən çox kərə yağı ixrac edən ölkə İran olub. Bu ölkədən 4 309,16 ton məhsul idxal edilib. İran mənşəli kərə yağının orta idxal qiyməti hər kiloqram üçün 5,26 dollar (8,94 manat) təşkil edib.
İkinci ən böyük tədarükçü isə Belarus olub. Belarusdan gətirilən kərə yağının orta qiyməti hər kiloqram üçün 5,62 dollar (9,55 manat) səviyyəsində qeydə alınıb.
Statistik göstəricilərə görə, digər əsas tədarükçülərdən idxal olunan kərə yağlarının qiymətləri aşağıdakı kimi olub:
-
Yeni Zelandiya – 8,20 dollar (13,94 manat);
-
Səudiyyə Ərəbistanı – 8,98 dollar (15,27 manat);
-
Ukrayna – 6,49 dollar (11,03 manat).
-
Türkiyə – 10,90 dollar (18,53 manat);
-
Finlandiya – 9,14 dollar (15,54 manat);
-
Fransa – 8,55 dollar (14,54 manat);
-
Almaniya – 6,76 dollar (11,49 manat).
Məlumatların təhlili göstərir ki, ən aşağı qiymətli iri həcmli idxal əsasən İran və Belarus mənşəli məhsullarda qeydə alınıb. Buna qarşılıq olaraq, Avropa ölkələri və Yeni Zelandiyadan gətirilən kərə yağlarının idxal qiymətləri daha yüksək olub.
MONETAR.AZ