Ət istehsalı yüksəlib, digər göstəricilərdə geriləmə var

Ət istehsalı yüksəlib,

2026-cı ilin yanvar–may aylarında ölkədə heyvandarlıq məhsullarının istehsalında fərqli dinamika qeydə alınıb. Belə ki, quş əti də daxil olmaqla diri çəkidə 244,4 min ton ət istehsal olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artım deməkdir.

Süd istehsalı 915,3 min ton təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalma qeydə alınıb. Yumurta istehsalı 988,7 milyon ədəd olub və 2,2 faiz azalıb.

Yun istehsalında da azalma müşahidə edilib. Hesabat dövründə 10,7 min ton yun istehsal olunub ki, bu da 5,2 faiz geriləmə deməkdir.

Ümumilikdə, heyvandarlıq sektorunda ət istehsalında artım qeydə alınsa da, süd, yumurta və yun istehsalında cüzi azalmalar müşahidə olunur.

MONETAR.AZ