Qlobal turizm bazarı istehlakçıların dəyişən adaptasiya və istirahət vərdişlərinə uyğun olaraq yeni məhsullar təqdim etməyə davam edir. Çində ilk dəfə olaraq heç bir xarici limana uğramayan, yalnız dəniz təcrübəsinə fokuslanan “heç yerə getməyən kruiz” (cruise to nowhere) konseptli ilk pilot reys uğurla tamamlanıb.
Səyahət ölkənin yerli istehsalı olan nəhəng "Adora Magic City" kruiz gəmisi vasitəsilə həyata keçirilib. Şənbə günü Şanxaydakı Usunku (Wusongkou) Beynəlxalq Kruiz Terminalından yola düşən gəmi, 3 gün dənizdə qaldıqdan sonra heç bir yerdə dayanmadan yenidən start nöqtəsinə qayıdıb.
Bu yeni biznes modelinin sərnişinlər və investorlar üçün cəlbedici tərəfləri bir neçə əsas amillə xarakterizə olunur.
Bu format həm də xarici ölkələrə vizasız səyahət imkanı olmayan sərnişinlər üçün pasport və viza bürokratiyasını sıfıra endirir. Beynəlxalq sularda vergisiz (Duty-Free) ticarət imkanlarının gəmi daxilində saxlanılması isə kruiz şirkətlərinin daxili marja və pərakəndə satış gəlirlərini əhəmiyyətli dərəcədə artırır.
MONETAR.AZ