Yaxın Şərqdə gərginliyin azaldılması və qlobal enerji bazarlarının sabitləşməsi istiqamətində ən kritik diplomatik addım atılır. Bloomberg agentliyinin yaydığı məlumata görə, bir neçə gün əvvəl Livan cəbhəsindəki toqquşmalar səbəbindən təxirə salınan ABŞ-İran danışıqları bu bazar günü İsveçrədə rəsmən start götürür.
Bu görüş, ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında birbaşa hərbi qarşıdurmaya son qoyan və 60 günlük keçid dövrünü nəzərdə tutan qarşılıqlı anlaşma memorandumunu imzalamasından dərhal sonraya təsadüf edir. ABŞ-ın vitse-prezidenti Cey Di Vens (JD Vance) artıq danışıqlar üçün İsveçrəyə gəlib və Vaşinqtonun həm Tehranın nüvə proqramı, həm də regional atəşkəs mövzusunda çərçivə sazişi hazırlamaq niyyətində olduğunu bəyan edib.
Bu tarixi diplomatik masanın arxasında regionun hərbi, siyasi və iqtisadi gələcəyinə birbaşa təsir edə biləcək rəsmi fiqurlar əyləşib.
İranın son məhdudiyyət addımlarına rəğmən, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) şənbə gününə olan rəsmi məlumatına görə, Hörmüz boğazından ümumilikdə 55 ticarət gəmisi təhlükəsiz keçid edib. Bu gəmilər qlobal bazarlara bir gündə 17 milyon bareldən çox neft daşıyıb ki, bu da regionun dünya iqtisadiyyatı üçün nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini növbəti dəfə sübut edir.
MONETAR.AZ