ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatında (DÇ-2026) futbol tarixinə düşəcək analoqu olmayan hadisə yaşanıb. D qrupu çərçivəsində keçirilən Paraqvay – Türkiyə matçında Paraqvay millisinin ulduz vingeri Miguel Almirón dünya çempionatları tarixində yeni intizam qaydası ilə qırmızı vərəqə alan ilk futbolçu olub.
Qarşılaşmanın baş hakimi İvan Barton ilk hissənin sonlarında Almirona birbaşa qırmızı vərəqə göstərərək hamını təəccübləndirib. Hadisənin pərdəarxası isə FIFA-nın yeni qaydası ilə bağlıdır.
Uzun illərdir futbolçuların hakim, rəqib və ya məşqçilərlə danışarkən ağızlarını formaları və ya əlləri ilə bağlaması adi hal almışdı. FIFA-nın rəqəmsal dodaq oxuma texnologiyalarından yayınan və "şəffaflığı pozan" bu hərəkətə qarşı tətbiq etdiyi yeni cəza növü, DÇ-2026-nın ən çox müzakirə edilən mövzusu olacağını nümayiş etdirdi.
MONETAR.AZ