2026-cı ilin ilk 5 ayında Azərbaycan pomidor ixracından 119,8 milyon manat gəlir əldə edib. Bu göstərici meyvə və tərəvəz məhsulları arasında ən yüksək ixrac dəyəridir.
Statistikaya əsasən, kartof ixracı 14,6 milyon manat, alma ixracı 37,0 milyon manat, nar ixracı isə 4,0 milyon manat səviyyəsində olub.
İxracçılar bildirirlər ki, pomidor məhsullarına xarici bazarlarda tələbat yüksək olaraq qalır və bu sahədə sabit artım müşahidə edilir.
MONETAR.AZ