İsveçdə işsizlik səviyyəsi 9,4 faizə yüksəldi

İsveçdə işsizlik səviyyəsi 9,4 faizə

Avropa İttifaqının ən böyük iqtisadiyyatlarından biri olan İsveçdə əmək bazarının soyuması prosesi sürətlənib. İsveç Rəsmi Statistika Qurumunun (SCB) dərc etdiyi son hesabata əsasən, may ayında ölkədə işsizlik səviyyəsi kəskin artaraq 9,4%-ə çatıb. Bu göstərici aprel ayında qeydə alınmış 8,7%-lik səviyyə ilə müqayisədə ciddi artım deməkdir.

Bununla belə, may ayında əmək bazarında maraqlı bir paradoks da müşahidə olunub. Belə ki, işsizliyin artması ilə bərabər, məşğul əhalinin ümumi sayı da apreldəki 5 milyon 226 min nəfərdən 5 milyon 299 min nəfərə yüksəlib. Ekspertlər bunu yay mövsümünün gəlişi ilə əlaqədar olaraq əmək qabiliyyətli əhalinin bazarda daha aktiv iş axtarışına başlaması (işçi qüvvəsinin ümumi həcminin genişlənməsi) ilə izah edirlər.

 İşsiz gənclərin böyük bir hissəsini (173 000 nəfər) tamştatlı təhsil alan tələbələr təşkil edir.

SCB-nin hesabatında diqqətçəkən digər məqam ölkədə uzunmüddətli işsizlərin (fasiləsiz olaraq 27 həftədən çox iş tapmayanlar) sayının 178 000 nəfər səviyyəsində dondurulmasıdır. Bu amil əmək bazarında struktur problemlərinin qaldığını göstərir.

İsveç əmək bazarındakı bu zəifləmə ölkənin mərkəzi bankı olan Sveriges Riksbank-ın pul-kredit siyasətinə birbaşa təsir göstərəcək. Bir tərəfdən ölkədə inflyasiya təzyiqləri hələ də hiss olunur, digər tərəfdən isə işsizliyin 9%-i aşması iqtisadi resessiya (geriləmə) riskini artırır. İqtisadçılar hesab edirlər ki, rəqəmlərin bu dinamikası Riksbank-ı daxili istehlakı və biznes fəaliyyətini canlandırmaq üçün növbəti dövrlərdə uçot dərəcəsini (faizləri) aşağı salmağa və daha yumşaq pul siyasətinə keçməyə məcbur edə bilər.

MONETAR.AZ