Qlobal kriptovalyuta bazarı həftənin əvvəlindəki itkilərini kompensasiya edərək yenidən kritik müqavimət səviyyələrini sınağa çəkir. Bakı vaxtı ilə saat 12:02-yə olan birja məlumatlarına əsasən, dünyanın ən böyük rəqəmsal aktivi olan Bitcoin (BTC) 1,72% dəyər qazanaraq 63 453,3 dollar səviyyəsində ticarət olunub.
Bu qiymət artımı, Federal Ehtiyat Sisteminin (FED) faiz və pul-kredit siyasəti qərarlarından sonra yaranan volatilliyin (sərt qiymət dalğalanmalarının) ardınca institusional marağın davam etməsi və qlobal tənzimləmə addımlarının qiymətləndirilməsi fonunda baş verib.
Qiymətin 63 000 dolların altına düşdüyü qısamüddətli korreksiya mərhələsində yüksək riskli mövqe açan treyderlər ciddi zərərlə üzləşiblər. FED-in faiz dərəcələri ilə bağlı son qərarları daxili bazarda qısamüddətli qeyri-müəyyənlik yaradaraq qiymətləri aşağı sürüklədi.
Bitcoin-in 63 000 dollar üzərində sabitləşməsi qısamüddətli trendin öküzlərin (alıcıların) nəzarətinə keçdiyini göstərsə də, fyuçers bazarındakı ehtiyatlı davranışlar həftəlik bağlanış öncəsi yeni likvidlik ovunun (qiymət manipulyasiyalarının) istisna edilmədiyini göstərir. İyunun 25-də ABŞ Konqresində keçiriləcək müzakirələr bazara yeni hüquqi impuls verə bilər.
MONETAR.AZ