Sumqayıt İcra Hakimiyyəti 119 min manatlıq gül alır

Sumqayıt İcra Hakimiyyəti

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən "Sumqayıt Bulvar" MMC yaşıllaşdırma işləri çərçivəsində güllərin və qazonun satın alınması ilə bağlı açıq tender elan edib.

Tender sənədlərinə əsasən, satınalmanın ehtimal olunan dəyəri 119 min 100 manat təşkil edir.

Müsabiqə “Güllərin və qazonun alınması” adı altında keçirilir və 2026/AT/03031/V1 nömrəsi ilə qeydə alınıb. Təkliflərin qəbulunun son tarixi 15 iyul 2026-cı il saat 10:00, zərflərin açılışı isə həmin gün və saatda baş tutacaq.

Tender çərçivəsində aşağıdakı bitki və yaşıllıq məhsullarının alınması nəzərdə tutulur:

Məhsul                                                           Miqdar                     

Rulon qazon (enliyarpaq  Kanada sortu)        12 000 kvadratmetr

Xrezantema gülü (gül açmış, iri dibçək)          10 000 ədəd

Papatya gülü (gül açmış, iri dibçək)                  9 500 ədəd

Geran gülü (gül açmış, iri dibçək)                      9 500 ədəd

Beləliklə, satınalma çərçivəsində ümumilikdə 29 min ədəd mövsümi gül və 12 min kvadratmetr rulon qazon alınacaq.

MONETAR.AZ