Milli-mənəvi dəyərlərin və tarixi həqiqətlərin yaşadılması istiqamətində mühüm addımlar davam edir. Göygöl rayonunun Yeni Zod kəndində xüsusi olaraq qurulan “Xan Yurdu” etno qəsəbəsində “Qərbi Azərbaycan irsi - Tarixi köklərə qayıdış” festivalı baş tutub.
Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir xalqımızın qədim köklərinə bağlılığını nümayiş etdirməklə yanaşı, gənc nəslin tarixi yaddaşını canlı saxlamaq məqsədi daşıyır.