Əməliyyat sistemlərinin daxili proqram təminatı hər zaman istifadəçilər tərəfindən birmənalı qarşılanmır. "How-To Geek" texnologiya nəşrinin mütəxəssisi Sidney Butler tərəfindən dərc olunan son hesabatda, Microsoft-un Windows 11 sisteminə quraşdırdığı bəzi proqramların istifadəçilər üçün faydasız, şişirdilmiş (bloatware) və funksional baxımdan "zərərli" olduğu iddia edilib.
Tənqidlərin əsas oxu bu tətbiqlərin birbaşa virus daşıyıcısı olması deyil, onların sistemi ləngitməsi, həddindən artıq reklamla yüklənməsi və istifadəçiləri ödənişli "Microsoft 365" abunəliyinə məcbura yönləndirməsidir.
Sidni Batler bildirir ki, Microsoft-un daxili tətbiqləri istifadəçi təcrübəsini rəqabətdən kənar üsullarla məhdudlaşdırır. Sistem daxilində bu mənfi zəncir aşağıdakı ardıcıllıqla özünü göstərir.
Bu hesabatın yayılması təsadüfi deyil; Microsoft-un təhlükəsizlik reytinqi son dövrlərdə ciddi müzakirə mövzusudur. Xatırladaq ki, iyun ayının əvvəlində şirkət Windows sistemində 200-dən çox təhlükəsizlik boşluğunu (vulnerability) aradan qaldırdığını bəyan etmişdi. Bu, bir yeniləmə dalğasında düzəldilmiş rekord xəta sayı kimi tarixə düşüb. "How-To Geek" kimi nüfuzlu nəşrlərin tövsiyəsi odur ki, sistem təmizliyi və resurs menecmenti üçün istifadəçilər daxili "məcburi" proqramlar yerinə, daha yüngül və gizliliyi qoruyan açıq qaynaqlı (Open Source) alternativlərə keçid etməlidirlər.
MONETAR.AZ