Honda səhmləri 70 ildən sonra ilk dəfə təxminən 7 faiz ucuzlaşıb

Honda səhmləri 70 ildən sonra ilk dəfə təxminən

Honda Motor şirkətinin səhmləri cümə günü 6%-dən çox ucuzlaşıb. Buna səbəb Yapon avtomobil istehsalçısının 1950-ci illərdə birjaya çıxmasından bəri ilk illik zərərini açıqlaması olub. Zərər elektromobil istehsalı proqramının ləğvi ilə bağlı xərclərlə əlaqələndirilir.

Honda Motor səhmləri 6,7% azalaraq 1 351 yenə düşüb Nikkei 225 indeksində ən çox dəyər itirən şirkətlərdən biri olub. İndeks isə ümumilikdə 1%-dən çox enib.

Şirkət bildirib ki, əvvəllər ABŞ-da istehsalı planlaşdırılan üç elektromobil modelinin ləğvi ilə əlaqədar 2,5 trilyon yenə (təxminən 15,7 milyard dollar) qədər ümumi xərc gözlənilir. Bu xərclər cari növbəti maliyyə illərində hesabatlarda əks olunacaq.

Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı indi cari il üçün 630 milyard yenə qədər illik zərər gözlədiyini açıqlayıb. Halbuki əvvəlki proqnoz 360 milyard yen mənfəət idi.

Şirkət bu vəziyyəti qlobal elektromobil bazarının yavaşlaması avtomobil sənayesindəki ümumi çətinliklərlə izah edib.

Honda həmçinin Çindəki biznesinin dəyərini yenidən qiymətləndirəcəyini ölkədə aktivlərin dəyərsizləşməsi ilə bağlı əlavə zərər gözlədiyini bildirib. Buna səbəb isə yerli elektromobil istehsalçılarının güclənən rəqabətidir.

MONETAR.AZ