2026-cı ilin fevral ayında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz artıb. Yanvar-fevral ayları ərzində isə bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz yüksəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, fevral ayında qiymət artımı əsasən tibbi xidmətlər, mehmanxana, bərbərxana xidmətləri və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərində qeydə alınıb.
Eyni zamanda, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turlarının qiymətində azalma müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.
MONETAR.AZ