Baş nazir müdafiə xərclərinin artırılmasına aydınlıq gətirib

Baş nazir müdafiə xərclərinin artırılmasına

2025-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılıb.

Baş nazir bu barədə Ba. nazir Əli Əsədov bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin illik hesabatını Azərbaycan Respublikasının Milli Məclisində təqdim edərkən danışıb.

Onun sözlərinə görə 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ölkənin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinin dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu göstərir.

Əli Əsədov qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsindən bu sahəyə 8,1 milyard manat vəsait ayrılıb. Bu isə 2024-cü illə müqayisədə 1,5 milyard manat və ya 23 faiz daha çoxdur.

Baş nazir həmçinin vurğulayıb ki, ölkədə hərbi sənaye sahəsində istehsal da artır. Onun sözlərinə görə, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edilib və hazırda Azərbaycan təxminən 20 ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

Əli Əsədov bildirib ki, mövcud geosiyasi şərait nəzərə alınaraq əldə olunan nəticələrin qorunması, təhlükəsizliyin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və sərhədlərin toxunulmazlığının təmin olunması bundan sonra da dövlət siyasətinin əsas istiqamətlərindən biri olacaq.

MONETAR.AZ