Çində App Store komissiyası 25% faizə endirildi

Çində App Store komissiyası

Apple bugün Çində tətbiq inkişaf etdirənlərdən alınan komissiyanı azaltdığını açıqlayıb. Bu, şirkətin ən böyük beynəlxalq bazarında nadir görülən addımdır.

iPhone istehsalçısı bildirib ki, Çində rəqəmsal satışlardan alınan komissiya 30%-dən 25%-ə endiriləcək. Bu qərar tənzimləyici orqanlarla müzakirələrdən sonra qəbul olunub bazar günü qüvvəyə minəcək.

Komissiyanın endirilməsi həmçinin kiçik inkişaf etdiricilərə bəzi abunə xidmətlərinə şamil olunacaq; bu halda faiz 15%-dən 12%-ə enəcək.

MONETAR.AZ