2024-cü ildən bəri antirekord — yen sürətlə ucuzlaşır

2024-cü ildən bəri antirekord —

Yaponiya yeni 2024-ildən bəri ən aşağı səviyyəyə düşüb. Bloomberg yazır ki, Yaxın Şərqdə davam edən müharibə neft qiymətlərini artırdığı inflyasiya qorxularını gücləndirdiyi üçün investorlar həftəsonu öncəsi risklərini azaltmağa tələsirlər.

Yapon valyutası 0,2% ucuzlaşaraq dollar qarşısında 159,69 səviyyəsinə düşüb. Bu fonda Brent neftinin qiyməti tarixdə ən dəyişkən ticarət həftələrindən birinin sonunda təxminən 100 dollar/barel ətrafında ticarət olunub.

Bahalaşan xam neft Yaponiya iqtisadiyyatında inflyasiya təzyiqini artırır. Çünki ölkə enerji resurslarının böyük hissəsini Yaxın Şərqdən idxal edir.

Takafumi Onodera (Mitsubishi UFJ Trust & Banking Corp. şirkətində satış treydinq rəhbəri) bildirib: Əgər neftin yüksək qiymətləri dövlət istiqrazlarının yüksək gəlirliliyi İranla müharibə səbəbilə davam edərsə, dollar–yen məzənnəsi 160 səviyyəsinə çata bilər. Real valyuta müdaxiləsi aparmaq çətin ola bilər ki, bu da dollar–yen cütünün daha da yüksəlməsi ehtimalını artırır.”

Yenin ucuzlaşması onu əvvəllər hakimiyyətin milli valyutanı dəstəkləmək üçün valyuta müdaxiləsi etdiyi səviyyələrə yaxınlaşdırır. Bununla belə, analitiklər hesab edir ki, İranla bağlı münaqişə ABŞ iqtisadiyyatına dair güclü makroiqtisadi göstəricilər dolları fundamental amillər hesabına gücləndirdiyi üçün müdaxilə üçün hədd yüksək olaraq qalır.

Bugün Satsuki Katayama, Yaponiyanın maliyyə naziri, jurnalistlərə bildirib ki, ölkənin maliyyə qurumları amerikalı həmkarları ilə adi haldan daha sıx əlaqə saxlayırlar. Lakin o, mümkün valyuta müdaxilələri ilə bağlı şərh verməkdən çəkinib.

Qurum nümayəndələri bildirirlər ki, onları daha çox məzənnənin konkret səviyyəsi deyil, onun sürətli dəyişməsi yüksək volatilliyi narahat edir.

Keçən ay Sanae Takaichinin parlamentin aşağı palatasına seçkilərdə qələbəsi yenə qısa müddətlik dəstək vermişdi. Lakin daha sonra faiz dərəcələrinin artırılmasına ehtiyatlı yanaşması Yaponiya mərkəzi bankının idarə heyətinə yumşaq pul siyasətini dəstəkləyən iki namizədin irəli sürülməsi ilə bağlı xəbərlərdən sonra valyuta yenidən təzyiq altında qalıb.

MONETAR.AZ