Yaxın Şərqdəki böhran səbəbindən Türkiyə səhmləri 5,3 faiz ucuzlaşıb

Yaxın Şərqdəki böhran səbəbindən Türkiyə səhmləri

Bazar ertəsi İstanbul fond bazarı ticarətə kəskin enişlə başlayıb. Borsa Istanbul 100 indeksi İranın da iştirak etdiyi münaqişənin kəskinləşməsi fonunda saat 10:00-a qədər 5,3% geriləyib. Bu barədə Bloomberg məlumat yayıb.

Panikanı və volatilliyi cilovlamaq üçün Türkiyə hakimiyyəti dərhal bir sıra məhdudiyyətlər tətbiq edib. Səhmlərin qısa satışına (short selling) 6 mart tarixinədək müvəqqəti qadağa qoyulub. Bundan əlavə, kapital bazarları şurası minimal təminat tələbatını 35%-dən 20%-ə endirib. Bu addım treyderlərə daha az öz vəsaiti ilə mövqeləri saxlamağa və kütləvi marjin-çağırışlardan yayınmağa imkan verəcək.

Birja həmçinin yüksəktezlikli ticarət (HFT) üçün limitləri sərtləşdirib. Sistemin yüklənməsini və sifarişlərin ləğvi ilə manipulyasiyaları azaltmaq məqsədilə yerləşdirilən sifarişlərin icra olunan əməliyyatlara nisbəti 5:1-dən 3:1-ə endirilib.

MONETAR.AZ