Zərgərlik məmulatları 1 ildə 37 faiz bahalaşıb

Zərgərlik məmulatları 1 ildə

2026-cı ilin mart ayında qeyri-ərzaq mallarında və ayrı-ayrı istehlak məhsullarında müxtəlif istiqamətli qiymət dəyişiklikləri müşahidə olunub.

Dövlət Statistika Komitəsinin açıqladığı istehlak qiymətləri indekslərinə əsasən, ən yüksək artım zərgərlik məmulatları üzrə qeydə alınıb – qiymətlər 36,6 faiz yüksəlib. Həmçinin oyuncaqlar 6,1 faiz, xalça və döşəmə örtükləri 5,8 faiz, şüşə məmulatları 5,8 faiz artıb.

Eyni zamanda ev üçün toxuculuq məmulatları 4,9 faiz, açıq hava idman və turizm əşyaları 4,3 faiz, müalicə ləvazimatları və cihazları 4,2 faiz bahalaşıb.

Digər məhsullar üzrə də artım qeydə alınıb: dəftərxana ləvazimatı 3,9 faiz, kiçik elektrik cihazları 3,7 faiz, ev təmizliyi malları 3,7 faiz və şəxsi gigiyena məhsulları 3,4 faiz artım göstərib.

Avtomobil bazarında isə minik avtomobilləri üzrə qiymətlər 1,4 faiz azalıb, lakin ehtiyat hissələri 2,7 faiz artıb. Yanacaq məhsullarında isə 5,1 faiz yüksəliş qeydə alınıb.

MONETAR.AZ