Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi avtomobil parkının texniki baxımı və istismar xərclərinin təmin olunması məqsədilə yeni satınalma müsabiqəsi elan edib. Tender “Avtomobillərin təmiri, yağ-sürtkü materialları və ehtiyat hissələrinin dəyişdirilməsi” xidmətlərini əhatə edən çərçivə sazişi üzrə həyata keçirilir.
Müsabiqənin ümumi ehtimal olunan dəyəri 293 156,25 AZN təşkil edir. Satınalma prosesinin əsas məqsədi nazirliyin balansında olan nəqliyyat vasitələrinin texniki saz vəziyyətdə saxlanılması, istismar müddətinin uzadılması və xidmət keyfiyyətinin yüksəldilməsidir.
Tender sənədlərinə əsasən, satınalma BMW-740 markalı avtomobil üçün müxtəlif texniki xidmətləri nəzərdə tutur. Bunlara mühərrik yağının dəyişdirilməsi, yağ və hava filtrlərinin yenilənməsi, salon filtri, alışma şamlarının dəyişdirilməsi, eləcə də ön əyləc bəndlərinin təmiri daxildir. Eyni zamanda yağlama materiallarının təmin olunması da xidmət paketinə daxil edilib.
Müsabiqə 23 aprel 2026-cı il tarixində rəsmi olaraq dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 18 may 2026-cı il saat 12:02 müəyyən edilib və eyni vaxtda zərflərin açılışı həyata keçiriləcək.
MONETAR.AZ