"Kontakt Home” reklam qanunvericiliyini pozub

"Kontakt Home” reklam

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətində qanun pozuntuları aşkar edib.

Aparılan araşdırmalar mağazalar şəbəkəsinin sahibi olan ABC-Telecom MMC üzərində həyata keçirilib.

Məlumata görə, yoxlama zamanı rəqabət və reklam qanunvericiliyinin pozulması halları müəyyən olunub. Belə ki, reklamı qadağan edilmiş məhsul, texnika və xidmətlərin təşviqi, eləcə də reklam yayımı zamanı qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl olunmaması faktları qeydə alınıb.

Bununla yanaşı, 2026-cı il üzrə reklam haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xəta protokolları tərtib edilib.

Aşkarlanmış faktlarla əlaqədar olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

MONETAR.AZ