Rusiya maydan Qazaxıstan neftinin Almaniyaya tranzitini dayandırır

Rusiya maydan Qazaxıstan neftinin Almaniyaya

Rusiya mayın 1-dən etibarən Qazaxıstan neftinin Almaniyaya Drujba boru xətti vasitəsilə nəql olunan həcmlərini digər marşrutlara yönəldəcək. Bu barədə Reuters agentliyi Rusiya baş nazirinin müavini Alexander Novakın açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, logistikanın dəyişdirilməsi “texniki imkanlarla” bağlıdır və bu qərar Qazaxıstanla razılaşdırılıb.

“Almanlar Rusiya neftindən imtina ediblər, ona görə də onların vəziyyəti yaxşıdır”, deyə Novak Avropanın Rusiya enerji daşıyıcılarının idxalını azaltmaq qərarını şərh edərkən bildirib.

Qazaxıstanın energetika naziri də bugün təsdiqləyib ki, may ayı üçün Qazaxıstan neftinin Rusiyanın “Drujba” magistral kəməri ilə Almaniyaya nəqli planlaşdırılmayıb. Onun sözlərinə görə, bu fasilə böyük ehtimalla pilotsuz uçuş aparatlarının hücumları ilə bağlıdır.

MONETAR.AZ